Elariz Məmmədoğlu Bakıdakı EVİNİ SATIR - Müğənni ABŞ-da müflis olub? / FOTO

 12:23 13.09.2019     19380

"Greencard" udaraq ABŞ-a köçən müğənni Elariz Məmmədoğlu Bakıdakı evini satır.

Redaktor.az xəbər verir ki, müğənni bununla bağlı sosial şəbəkədə elan paylaşıb. Elanda qeyd edilib ki, Binə qəsəbəsində 2 sot torpaq sahəsində yerləşən 3 otaqlı ev satılır. Evin qiyməti isə 25 min manatdır. 

Elanda qeyd edilən nömrə ilə əlaqə saxladıq. Telefona cavab verən şəxs bildirdi ki, Elariz Məmmədoğlunun dostudur. O, müğənninin evini niyə satmasından da danışıb:

"Bakıda olanda da bu evi satmaq istəyirdi. O, heç vaxt burada yaşamayıb. Villa deyil, köhnə tikilidir. Gedəndə açarı mənə verdi ki, istəyən olsa, sataq".

Qeyd edək ki, bu, müğənninin Bakıda yeganə evi deyil. Onun şəhərin mərkəzində bir neçə evi olduğu deyilir. Müğənnin həmin evləri də satışa çıxaracağı iddia edilir. Buna səbəb isə onun ABŞ-a köçdükdən sonra müflis olması göstərilir. 

Oral Mədənçi / Redaktor.az