Şəbnəm Tovuzlu həyat yoldaşı Hacının qolunu "KƏSDİ" - FOTO

 14:35 13.09.2019     5279

Azərbaycanlı xanım məşhurların "Təkqol" trendi sürətlə yayılmaqdadır.

Redaktor.az xəbər verir ki, şou-biznesin qadın nümayəndələri son günlər paylaşdıqları kadrlara sevdikləri şəxsin bir qolunu salırlar. Artıq sosial mediada bunu "Təkqol" trendi adlandırırlar. 

Tanınmış müğənni Şəbnəm Tovuzlu "Təkqol" trendinin yaradıcısı hesab edilir. Belə ki, izləyiciləri ifaçının həyat yoldaşı olan Hacının yalnız qolunu görə bilirlər. 

Məsələ ilə bağlı saytımıza açıqlama verən müğənni bildirib ki, bəzi lazımsız şərhlərdən bezdiyi üçün sosial şəbəkələrdə həyat yoldaşı ilə fotolarını paylaşmır:

"Daha həyat yoldaşımla fotomu paylaşmıram. Əvvələr qolu görünürdü, indi qolunu da göstərmirəm. Bu söhbəti çox çürüdüblər, ucuzlaşdırıblar. İstəmirəm belə məsələlərlə gündəmə gələm".

Oral Mədənçi / Redaktor.az