Tanınmış aktrisa HƏBS EDİLDİ - RÜŞVƏT verdiyinə görə

 12:17 14.09.2019     7369

Amerikalı aktrisa Felisiti Haffman həbs edilib.

Redaktor.az xəbər verir ki, o, fırıldaqçılıqda günahlandırılır. Belə ki, aktirsa qızının SAT (Akademik Qiymətləndirmə Testi) nəticələrini saxtalaşdırmaq üçün 15 min dollar rüşvət verib.

Nyu-York məhkəməsinin qərarı ilə Felisiti Haffman 14 gün müddətinə azadlıqdan məhrum edib. Ona həm də 250 saat ictimai iş cəzası verilib. Aktrisa 1 il nəzarət altında yaşayacaq, 30 min dollar ödəyəcək.

Oral Mədənçi / Redaktor.az