Kayahanın həyat yoldaşı yenidən evləndi, qızı isə... - FOTO

 22:25 14.09.2019     7880

 

Mərhum türkiyəli sənətçi Kayahanın keçmiş həyat yoldaşı İpək Açar evlənib.

Redaktor.az xəbər verir ki, o, musiqiçi nişanlısı Alpər Kömürcü ilə İstanbulda nikah masasına əyləşib.

Mərasimə cütlüyün ailəsi və yaxın dostları qatılıb. Alpər Kömürcünün nikah şahidi Levon Kordonçiyan və qardaşı İlker Kömürcü, gəlinin nikah şahidi isə Türkiyənin Daxili işlər naziri Süleyman Soylu olub.

İpək Açarın Londonda təhsil alan qızı Aslı Könül Açar anasının xoşbəxtliyini bölüşmək üçün İstanbula gəlib.

Toya gələn məşhurlar arasında müğənni Zara da olub. Cütlüyün yaxın dostu Nilüfər isə konsertinə hazırlaşdığı üşün getməyib.(publika)

Kayahanın həyat yoldaşı yenidən evləndi, qızı isə... - FOTOLAR
Kayahanın həyat yoldaşı yenidən evləndi, qızı isə... - FOTOLAR