Əməkdar artistdən Elgizə şok sözlər: "Cahillər, at gözü ilə..."

 16:52 16.09.2019     11111

Əməkdar artist Məlahət Abbasova "Yemin" serialında rol alan aktrisa Yağmur Şahbazova ilə bağlı sosial mediada paylaşım edib.

Redaktor.az xəbər verir ki, o, tanınmış aparıcı Elgiz Əkbərin, "Türklər bizim aktrisaları süpürgəçi, cibgir, ağlayan və vətəninə getmək istəməyən qızcığaz rolunda çəkir" açıqlamasına sərt münasibət bildirib:

"Heyif ki, vətəndən uzaqlarda yaradıcılığı davam etdirən, oynadığı baş rolun öhdəsindən gəlməyə çalışan, sadəcə, öz işi ilə məşğul olan qızımızın obrazının necə olduğunu bilmədən, "ağzı var" deyə boş-boş danışan bəzi dırnaqarası sənət məsləkdaşlarımız var. Öz fikirlərini söyləmədən öncə bir az araşdırma etmələrini məsləhət görürəm. Sənətə, xüsusilə də oynanılan rollara at gözü ilə baxmamalarını, cahil rəy bildirməmələrini tövsiyə edirəm.

Yağmurun oynadığı rol nə süpürgəçi, nə qulluqçu, nə də cibgirdir. Bilmədən yazmaq gülüncdür. Aktyorları oynadığı rollara görə qınamaq cahillikdir. Bunu bir məsləkdaşımız edirsə, bu, faciədir. Bu gün Azərbaycan filmlərində, tamaşalarında süpürgəçi, qulluqçu, evdar qadın, cibgir, sərxoş, oğru, bazarkom və digər mənfi xarakterləri oynayan çox məşhur sənətçilərimiz var. Bu, onları təhqir etməkdir, "niyə belə rollar oynayırsız" deyə sual versəniz, onlar da sizə cavabını verə bilməyəcəyiniz suallar ünvanlayar".

Aktrisanın bu sözlərinə aparıcı Elgiz Əkbərin cavabı gecikməyib. O, saytımıza açıqlamasında bu sözləri deyib:
"Məlahət Abbasova istedadlı aktrisadır. Onun "Min bir gecə" serialında oynadığı rol mənim çox xoşuma gəlib. Hesab edirəm ki, onun ən uğurlu rollarından biridir. Mən açıqlamamda qətiyən Məlahət Abbasovanı nəzərdə tutmamışam. Onun niyə belə danışdığı məni təəccübləndirdi".

Aparıcı əlavə edib ki, onun etirazı bizim sənətçilərin türk seriallarında kiçik, mənfi obrazlara çəkilməsinə olub:

"Yaxşı olar ki, bizim aktyorları daha böyük, müsbət obrazlara çəksinlər. Məsələn, "Yaxşı cazibə" serialının sonunda azərbaycanlı qadını fahişə kimi təqdim etdilər. Bu nəyə lazım idi?!".

Oral Mədənçi / Redaktor.az