Yalçın Rzazadənin səhhəti ilə bağlı SON MƏLUMAT - Oğlu az öncə açıqladı...

 14:15 17.09.2019     17184

Xalq artisti Yalçın Rzazadə Türkiyədə əməliyyat olunub.

Bu barədə Redaktor.az-a açıqlamasında müğənninin oğlu Mətin Rzazadə bildirib. O qeyd edib ki, hazırda atasının səhhəti normaldır:

"Türkiyədə xəstəxanadadır, müalicəsi davam edir. Bakıya nə zaman dönəcəyini bilmirik. Çünki sentyabr ayının 24-dən müalicəsinin üçüncü mərhələsi başlayacaq".

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Sənətçinin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Yalçın Rzazadə tam müayinə və müalicə kursu keçəcək.

Oral Mədənçi / Redaktor.az