Yol polisi bu azərbaycanlı müğənnini 2500 AZN CƏRİMƏLƏDİ

 11:22 18.09.2019     21946

Yol-hərəkət qaydalarını pozanlar arasında şou-biznes nümayəndələri də az deyil.

Redaktor.az xəbər verir ki, onların bir çoxu qaydalara əmələ etsə də, barəsində inzibati protokol tərdib edilib cərimə olanlar da az deyil. 

Məşhurların avtomobillərinin daha çox hansı səbəbdən cərimələndiyini öyrənməyə çalışmışıq.

Elza Seyidcahan: “Çalışıram ki, qayda-qanunu pozmayım. Amma elə bir sürücü yoxdur ki, avtomobil idarə etsin və cəriməsi olmasın. Avtomobili daha çox sürücüm idarə edir. Tədbirə tələsəndə bəzən qaydaları pozuram. Buna görə də cərimələnirəm".

Abbas Bağırov: "Çalışıram ki, yol-hərəkət qaydalarını pozmayım. Təxminən 1 ay əvvəl sürət həddini aşdığım üçün 10 manat cərimələnmişdim. Mənə daha çox cərimə Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən gəlir. Bununla isə razı deyiləm. Bəzən görürsən ki, heç bir qadağan nişanı yoxdur, amma dayandığım üçün cərimə gəlir".

Bahar Lətifqızı: "Mənim avtomobilimi köməkçim idarə edir. O, çox səliqəli avtomobil sürür. Çox az cəriməm olub. Sonuncu dəfə sürət həddini aşdığım üçün 10 manat cərimə gəlmişdi. Ən böyük məbləğdə cəriməm isə 50 manat olub".

Arzu Rzayev: "Qanunlara, xüsusən də yol-hərəkət qaydalarına hörmət və əməl etmək lazımdır. Mən də çalışıram avtomobil sürəndə qaydaları pozamayam. Buna görə də hazırda cəriməm yoxdur".

Eyyub Yaqubov: "Mənim cəriməm yoxdur"

Emil Bədəlov: “Cərimələrim yüksək sürətə görə olub. Bir dəfə yığılıb qalan cərimələrimi ödəməyə getdim, 2500 manat idi".

Manaf Ağayev: “Çox cərimələrim olmayıb. Tələsəndə sürəti bir az yüksəldirəm, ona görə cərimələnirəm".

Nura Suri: “Mətbuat xidmətimə zəng edin...".

Oral Mədənçi / Redaktor.az