Abbas Bağırov bu işə 8 ay vaxt sərf edəcək: "Artıq başlamışıq və..."

 11:15 19.09.2019     24307

Uzun müddətdir efirlərdə görünməyən əməkdar artist Abbas Bağırov konsertə hazırlaşır. 

Redaktor.az-a açıqlama verən müğənni bildirib ki, konsertə hazırlıq işlərinə 2 aydır başlayıb:

"Gələn il pərəstişkarlarım üçün konsert verəcəm. Konsertin repertuarı qəliz olduğu üçün məşqlərə indidən başlamışıq. Çalışacam ki, tamaşaçılarımı yeni mahnılarla təəccübləndirim. Konsert çox maraqlı olacaq".

Müğənni qeyd edib ki, konsertə hazırlıq üçün 8 ay vaxt sərf etməyi nəzərdə tutub. 

Oral Mədənçi / Redaktor.az