Sevgili olduqları deyilən Nanə ilə Üzeyir Azərbaycanı TƏRK ETDİ - FOTOLAR

 18:06 19.09.2019     45435

Tanınmış aparıcı Nanə Ağamalıyeva ilə müğənni Üzeyir Mehdizadə xaricə yollanıblar.

Redaktor.az xəbər verir ki, Nanə Ağamalıyeva bununla bağlı "İnstagram" hesabında fotolar paylaşıb. 

Aparıcı təyyarədə çəkilən fotolara, “Maraqlı həmsöhbət uzaq məsafələri bir ana çevirir...” sözlərini yazıb.

İzləyicilərdən bir çoxu onların sevgili olduğu haqda şərhlər yazıblar. Teleaparıcı bundan sonra şərh bölməsini bağlayıb.

Qeyd edək ki, onların hansı ölkəyə və nə məqsədlə getdiyi bilinmir.

Oral Mədənçi / Redaktor.az

1

1

1