Müğənninin bir müddət öncə həbs edilən həyat yoldaşı efirə zəng etdi - "Evə gəl..." / VİDEO

 12:40 20.09.2019     3681

Tanınmış müğənni Zenfira İbrahimova ARB TV-da yayımlanan "Üç əlli" verilişinin qonağı olub.

Redaktor.az xəbər verir ki, müğənninin həyat yoldaşı Anar Heydərov canlı yayım zamanı efirə zəng edib. Yuxudan yenicə oyanan Anar Heydərov həyat yoldaşını evə çağırıb.

Qeyd edək ki, idmançı Anar Heydərov bir müddət öncə həbs edilmişdi. O, idarə etdiyi "10 B 216" dövlət nömrə nişanlı motosikletlə avtoxuliqanlıq etmişdi. Məhkəmə qərarı ilə Anar Heydərovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılmış, 20 gün də inzibati həbs cəzası almışdı. 

Oral Mədənçi / Redaktor.az