Cennifer Lopezin filmi QADAĞAN OLUNDU

 06:22 21.09.2019     1601

 Məşhur müğənni və aktrisa Cennifer Lopezin başrolda oynadığı "Hustlers" (Striptizçilər) filmi Malayziyada qadağan edilib.

Redaktor.az xəbər verir ki, buna səbəb ekran işində erotik səhnələrin çoxluğudur. Bundan başqa filmdə narkotik maddələrin istifadəsinin açıq-aşkar nümayişi də müvafiq qurumları bu addımı atmağa vadar edib.

Qeyd edək ki, hazırda adıçəkilən ekran işi izlənmə sayına görə həm Amerika, həm də Avropada ilk sıralardadır. /unikal/