Zaur canlı efirdə xanım müğənnini öpmək istədi - Bir anda... / VİDEO

 10:13 23.09.2019     1809

Tanınmış müğənni Şəbnəm Tovuzlu "Xəzər" TV-də yayımlanan "5-də 5" verilişinin qonağı olub. 

Redaktor.az xəbər verir ki, aparıcı Zaur Kamal müğənniyə yoxsul ailədən olan bir tələbənin 1 illik təhsil haqqını ödəməyi təklif edib. Şəbnəm Tovuzlu bildirib ki, sözügedən tələbənin 1 il deyil, 4 illik təhsil haqqını ödəyəcək. O, köməkçisinə zəng edərək, bu məsələ ilə bağlı canlı yayıma 1500 manat gətirməsini istəyib.

Qeyd edək ki, müğənninin bu jestindən sonra aparıcı onu öpmək istəyib. Şəbnəm Tovuzlu isə buna etiraz edib. 

Oral Mədənçi / Redaktor.az