Daha bir azərbaycanlı məşhur ABŞ-a gedir - O, niyə efirə çıxmır?

 11:12 24.09.2019     1527

Tanınmış skripkaçı Maestro Ceyhunla bağlı yeni xəbər var.

Redaktor.az xəbər verir ki, uzun müddətdir efirlərdə görünməyən sənətçi ABŞ-a gedəcək. O, bununla bağlı bunları deyib:

“Bu yaxınlarda ABŞ-ın Los-Anceles şəhərinə gedəcəm. Orada dünya şöhrətli musiqiçi Bijan Mortazavi ilə görüşümüz olacaq. Birgə layihə həyata keçirə bilərik. Bilirsiniz ki, o, mənim sənətimi yaxından izləyir. Yeni ifalarımı öz “İnstagram” hesabında paylaşır. Bir neçə dəfə telefonla danışmışıq. Bu, təkcə mənim üçün deyil, Azərbaycan mədəniyyətinin tanıdılması baxımdan yaxşı haldır”.

Mestro Ceyhun son zamanlar efirdə görünməməsindən də danışıb. O qeyd edib ki, yay aylarında Azərbaycandan kənarda olub. Buna görə də verilişlərə dəvətlərdən imtina edib.

Oral Mədənçi / Redaktor.az