Bərənlə Kənan BARIŞDI - 8 aydan sonra

 20:29 04.10.2019     561

Bərən Saat və Kənan Doğulu cütlüyü 8 ay sonra barışıb.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə kanallarından birində yayımlanan “İkinci sayfa” proqramında məlumat verilib.

Bildirilir ki, aktrisa bir həftə öncə birlikdə yaşadıqları evə qayıdıb. Onları barışdıran şəxsin isə Kənan Doğulunun anası olduğu söylənilir.

Qeyd edək ki, Bərən Saatın fransız DJ Maqa ilə sevgili olduğu bildirilirdi. / Axsam.az