"Maşın" şouda daha bir şok - Bilal Əliyev əlini maşından çəkdi

 22:40 04.10.2019     1406

Bu gün "Maşın" şouda daha bir gözlənilməz hadisə baş verib.

Redaktor.az xəbər verir ki, Xalq artisti Bilal Əliyev maşından əlini çəkib. O, gedişini bu sözlərlə ifadə edib: "Bu gün səhər atamla telefonla danışdım. Burada olanlara görə narahat olub. 87 yaşı var. Deyib ki, əlini çəksin, evə gəlsin". Qeyd edək ki, bu gün reper "Qurd" da qayda pozuntusu nəticəsində "Maşın"dan uzaqlaşıb.

Oral Mədənçi / Redaktor.az