Aparıcı Fira daxili qanaxma ilə xəstəxanaya yerləşdirildi

 07:52 06.10.2019     207

Aparıcı Fira Cəlilova bir müddət öncə əməliyyat olunub.

Redaktor.az unikal.org-a istinadən xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat yayımlayıb.

Fira bildirib ki, əməliyyat olunmasına onun təzyiqinin aşağı düşməsi zəmin yaradıb:

“5-6 gün öncə ölümün pəncəsindən qayıtmışam. Təzyiqim 40/20-yə düşdüyü üçün daxili qanaxma sayəsində çox qan itirdiyim üçün əməliyyat olunmuşam. Üç saata yaxın davam edən əməliyyatda özlərini itirməyib, təcili qanköçürmə sayəsində məni xilas ediblər”.

Qeyd edək ki, aparıcı artıq evdədir.