"Dodaqlarımı neynirsən oğlan?", "Cadu qəmzələri qanıma düşdü"... - Mahnılardakı QEYRİ-ETİK ifadələr

 12:12 09.10.2019     2593

Son zamanlar mənasız, məzmunsuz, qeyri-etik, şit, bayağı söz yığnaqlarından ibarət mahnılar efirləri zəpt edib.

Redaktor.az xəbər verir ki, bir çox məşhur sənətçilərimizin ifa etdiyi mahnıları da təhlil edildikə heç də xoş qarşılanmır.

Gəlin, bir neçə mahnını təhlil edək:

Xalq artisti Niyaməddin Musayevin “Neynim” mahnısı uzun illərdir tənqid edilir. Buna səbəb isə mahnının sözlərində yer alan cümlələrdir:

Yarandıq biz bir gündə

Sevişdik biz bir gündə

Ayrıldıq biz bir gündə...

Neynim ? 

Canım Neynim?

Gülüm Neynim?

Neynim mən neynim?

Birinci sual: İnsan necə bir gündə yaranıb, sevişə və ayrıla bilər?

İkinci sual: Tutalım ki, bunları etmək mümkündür, daha nə etməlisən ki?!

Xalq artitsi bu suallara belə cavab verib:

"Mahnını Musa Musayev yazıb. Orada deyilmir ki, bir gündə yarandıq, bir gündə sevişdik, bir gündə ayrıldıq. Axı bunların hamısı eyni gündə necə ola bilər? Ona görə də günlərə bölmək lazımdır. Sözlərin fəlsəfəsi başqadır".

Növbəti təhlil edəcəyimiz mahnı "Ay gözəl" xalq mahnısıdır. Mahnının sözlərində bir sıra diqqət çəkən məqamlar var:

Ay gözəl, gedək gəzməyə bağa
Qoy bir az baxım o gül yanağa

Yanaqlarımı neynirsən oğlan ?
Bağlarda çiçək görməmisənmi ?

Ağ qız, görmüşəm gül camalını
Bir insaf eylə, göstər xalını

Oğlan, gəl burax, xam xəyalını
Məgər hil mixək görməmisənmi ?

Xurma dodağın dərdimə dərman
Onları mənə göstər ay canan

Dodaqlarımı neynirsən oğlan?
Məgər becə-bal görməmisənmi?

Sən bizim eldə bir nazlı dilbər
Səbrim qalmadı qaşını göstər

Oğlan qaşımı neynirsən məgər ?
Gecələr hilal görməmisənmi ?

Qeyd edək ki, bu mahnını ölməz sənətkarlar Xan Şuşinski və Şövkət Ələkbərova ifa edib.

Bir neçə xanəndəmizin ifa etdiyi muğamlarda istifadə olunan Aşıq Ələsgərin məşhur qoşması da tez-tez tənqid edilir. Belə ki, aşıq açıq-aşkar bir kişinin nişanlı qıza “potxod” etdiyini deyir.

Çərşənbə günündə, çеşmə başında,
Gözüm bir alagöz xanıma düşdü.
Atdı müjgan oxun, kеçdi sinəmdən,
Cadu qəmzələri qanıma düşdü.

İşarət еylədim, dərdimi bildi,
Gördüm həm gözəldi, həm əhli-dildi.
Başını buladı, gözündən güldü,
Güləndə qadası canıma düşdü.

Ələsgərəm, hər еlmdən halıyam,
Dеdim: sən təbibsən, mən yaralıyam,
Dеdi: nişanlıyam, özgə malıyam,
Sındı qol-qanadım, yanıma düşdü.

Məşhur “Qaragilə” xalq mahnısını da təhlil etdikdə bir sıra tənqidi məqamlar üzə çıxır. Məsələn, mahnıda aşiqin məşuqədən nə istədiyini bilinmir. Əvvəlcə onu qaçırmaq üçün otağına gəlir, sonra isə deyir ki, “Nə mənə qız qəhətdir, nə sənə oğlan”.  Sonra isə sevdiyinin yolunda ağac olmaq istəyir. Qardaş, sənin niyyətin nədir?!

Gəlmişəm otağına,
Oyadam səni Qaragilə, oyadam səni,
Nə gözəl xəlq eləmiş Yaradan səni, Qaragilə
Götürüb mən qacaram aradan səni, Qaragilə
Aradan səni…

Gızılgül əsdi, səbrimi kəsdi,
Sil gözün yaşın Qaragilə, ağlama, bəsdir…

Təbrizin küçələri dolanba-dolan, Qaragilə, dolanba-dolan,
Nə mənə qız qəhətdir, nə sənə oğlan,Qaragilə,
Əgər məni sevmirsən, get, ayrı dolan, Qaragilə,
Get, ayrı dolan,

Ağac olaydım,
Yolda duraydım,
Sən gələn yola,Qaragilə
Kölgə salaydım…

Bu yaxınlarda gənc müğənni Dilarə Kazımovanın ifa etdiyi və sözləri Cavid Şahbazbəyova məxsus olan “Zeytun bağları” mahnısı da birmənalı qarşılanmayıb. Belə ki, mahnı Zeytun bağlarında görüşlə başlayan sevgi hekayəsini tərənnüm etsə də, bir sıra sual formalaşdırıb. Ən vacib sual isə bu olub: "Qızla oğlan zeytun bağında niyə görüşsün və ya görüşdə nə baş verib?". Müğənni isə nə baş verdiyini dolayısı ilə açıqlayır ki, zeytun bağlarında görüşəndə çox xoşbəxt olurlar, üstəlik əli əlinə dəyəndə və...

Yəqin xatırlayırsınız, bir müddət öncə meyxanaçı Vüqar Səda ifa etdiyi bir meyxanaya görə həbs edilib. Buna səbəb isə meyxanada narkotikanın təbliğ edilməsi olub.

Ümumiyyətlə, gənclərin son zamanlar ifa etdiyi onlara belə mahnı və meyxana nümunəsi göstərmək olar. Bəs, bu ifalar efirə necə ayaq açır? Sualın cavabını hamımız bilirik, bura şou-biznesdir...

Oral Mədənçi / Redaktor.az