"Maşın" şouda böyük rüşvət qalmaqalı - Rəqsanə inanılmaz VİDEO paylaşdı

 10:37 14.10.2019     1680

“Maşın” realiti şousunun "Maskarad" adlı 18-ci sürəti davam edir.

Redaktor.az xəbər verir ki, şuonu tərk edən Aysun İsmayılovanın anası, müğənni Rəqsanə İsmayılova qalmaqallı açıqlama verib. O bildirib ki, maşın aparıcı Kəmalə Piriyevanın olacaq. 

“Niyə Kəmalənin “Maşın”dan əlini çəkməyini vermədiniz? Niyə pul alıb, sildiniz? Əgər, düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum. Yaxşı “day-day”ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, oteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram”.

Qeyd edək ki, sənətçinin iddiasına cavab olaraq qarşı tərəfin mövqeyini də yayımlamağa hazırıq.

Oral Mədənçi / Redaktor.az