"Maşın" şou ilə bağlı rüşvət qalmaqalı böyüdü - Rəqsanəyə SƏRT CAVAB

 13:53 14.10.2019     1803

“Maşın” realiti şousunun "Maskarad" adlı 18-ci sürəti davam edir.

Redaktor.az xəbər verir ki, şuonu tərk edən Aysun İsmayılovanın anası, müğənni Rəqsanə İsmayılova qalmaqallı açıqlama verib. O bildirib ki, maşın aparıcı Kəmalə Piriyevanın olacaq. 

“Niyə Kəmalənin “Maşın”dan əlini çəkməyini vermədiniz? Niyə pul alıb, sildiniz? Əgər, düzgünlük varsa, onu edin. Həqiqət nədir, onu deyirəm. Hər zaman həqiqət olan yerdə oldum. Yaxşı “day-day”ın olmalıdır, səni saxlayan imkanlı kişin olmalıdır. Restoranı, oteli, klinikası olsun. Arxanda dursun, sənə pul buraxsın. Həqiqət budur. Lalə də, Türkan da, ay bala, özünüzü qırmayın. O maşın Kəmalənindir. Qorxmuram, qorxsam, çıxıb yayımlamaram”.

"Maşın" realiti şousunun təşkilatçısı “M-Qrup” prodakşndan isə müğənninin bu açıqlamasına sərt münasibət bildirilib:

"Heç kim öncədən deyə bilməz ki, qalib kim olacaq. Hələ dörd iştirakçı var, finalçıların adı məlum deyil. Bu gün bilinəcək ki, finala qalan üç nəfər kimdir. Rəqsanədir də, öz fikirlərini deyir. Tutalım ki, biz pul almışıq, verilişi izləyən milyonlarla tamaşaçı deməz ki, Kəmalə Piriyeva əlini çəkdiyi üçün niyə yarışmadan kənarlaşdırmamışıq?!. Biz bütün görüntülərə təkrar-təkrar baxırıq, analiz edirik. Orada heç bir qayda pozuntusu yoxdur".

Oral Mədənçi / Redaktor.az