SON DƏQİQƏ: Məşhur müğənni 25 yaşında VƏFAT ETDİ - FOTOLAR

 15:27 14.10.2019     820

Cənubi Koreyanın dünyaca məşhur müğənnisi Çxve Çjin Ri 25 yaşında dünyasını dəyişib.

Redaktor.az xarici KİV-lərə istinadən xəbər verir ki, Solli ləqəbli sənətçinin cəsədi onun yaşadığı evində tapılıb. Məlumata görə, sosial şəbəkədə milyonlarla izləyicisi olan müğənni, uzun müddətdir Seulda yaşayırdı. Gecə saatlatında onun öldüyü barədə təcili yardım briqadasına məlumat daxil olub.

Həkimlər hələlik onun ölüm səbəbini müəyyən edə bilməyib. Qeyd edək ki, xanım müğənnilərindən ibarət “f” qurupundakı ifası ilə tanınan müğənni,bir müddət sonra solo kariyerasına başlayıb. O, həmçinin çox sayda filmdə rol alıb.

Anar Türkeş / Redaktor.az