Maral Tahirqızı ailə quraraq Azərbaycanı tərk edir? - AZ ÖNCƏ AÇIQLADI...

 11:07 16.10.2019     1271

Bir müddət öncə ölüm xəbəri yayılan müğənni Maral Tahirqızı bu dəfə sevgi macərası ilə gündəmə gəlib.

Redaktor.az xəbər verir ki, müğənninin uzun müddətdir ərəb iş adamı ilə sevgili olduğu, yaxın günlərdə nikaha daxil olaraq, Azərbaycanı tərk edəcəyi deyilir.

Məsələ ilə bağlı saytımıza açıqlama verən  Maral Tahirqızı bunların şaiyə olduğunu deyib:

“Mən heç ömrümdə ərəb görməmişəm, görsəm də, uzaqdan... Belə bir şey yoxdur, heç kimlə ailə qurmağa hazırlaşmıram. Hər kəsin həyatında kimsə ola bilər, sevgisiz yaşamaq mümkün deyil. Amma bu şəxsi məsələdir. Nə zamansa, rəsmi nikaha daxil olsam, onda hamıya açıqlayacam”.

Oral Mədənçi / Redaktor.az