İçki içib, sinəsini açan Mina danışdı: "Hər yerimi bağlayıb molla kimi gəzməliyəm?" - FOTOLAR

 15:17 16.10.2019     1813

İçki içərkən fotoları yayılan gənc müğənni Mina Hüseyn baş verənlərə aydınlıq gətirib.

Redaktor.az-a açıqlama verən müğənni bildirib ki, sözügedən fotolar klip çəkilişindəndir:

“Klip çəkilişindən olan fotolardır, “İnstagram” hesabımda paylaşmışam. İçdiyim isə şərab yox, meyvə şirəsidir. Məhərrəm ayında içki içmirəm”.

Son zamanlar açıq-saçıq fotoları ilə gündəmə gələn müğənni əlavə edib ki, bundan sonra da geyim üslubunu dəyişməyəcək:

“Müasir zəmanədə yaşayırıq, hər yerimi bağlayıb molla kimi gəzməliyəm?! Geyimdir də, burada nə var ki?!”.

Mina Hüseyn qeyd edib ki, medianın bu mövzuda yazması onu narahat etmir, gündəmdə qalmaq xoşdur.

Qeyd edək ki, əlində şərab badəsi ilə foto paylaşan müğənninin bu hərəkəti izləyiciləri tərəfindən birmənalı qarşılanmayıb. Onun açıq-saçıq geyimi də müzakirələrə səbəb olub.
 
Oral Mədənçi / Redaktor.az

22