“Şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur” – VİDEO

 14:27 17.10.2019     2235

ARB TV-nin “Show News” verilişinin növbəti müsahibi aktyor və tele-aparıcı Sərxan Kərəmoğlu olub.

Redaktor.az xəbər verir ki, aparıcı həmkarlarının kişilikdən danışmağa ixtiyarlarının olmadığını deyib:

“Hara gedirlər? başlayırlar xalqa kişilikdən danışmağa. Biz kimik ki?! Ən imansız işi biz görürük. Belə adamın kişilik dərsi keçməyi ayıbdır. Qeyrətsiz qeyrətdən, imansız imandan, kişiliyi olmayan da kişilikdən danışır. Bizə pul verib, məni əyləndir deyən insanlara şou əhlinin kişilikdən dərs keçməyə ixtiyarı yoxdur”.

Oral Mədənçi / Redaktor.az