Rüşvət verərkən həbs edilən tanınmış aktrisanın FOTOSU YAYILDI

 15:47 20.10.2019     1256

Dünya üzrə məşhur olan "Ümidsiz ev xanımları" serialındakı rolu ilə daha da tanınan amerikalı aktrisa Feliçita Huffmanın həbs edilməsi ilə bağlı xəbərlər vermişdik.

Redaktor.az publika.az-a istinadən xəbər verir ki, vəzifəli şəxsə rüşvət verməyə çalışan aktrisa barəsində məhkəmə 14 gün müddətinə həbs qərarı çıxarıb. Dünən isə ABŞ mediasında Huffmanın həbsxanada çəkilmiş görüntüsü yayılıb. Bildirilir ki, foto lentə alınarkən aktrisanın bundan xbəri olmayıb və gizlicə mediaya ötürülüb.

Qeyd edək ki, F.Huffman qızını daha yüksək səviyyəli universitetə yerləşdirmək üçün vəzifəli şəxsə rüşvət təklif etdiyinə görə tutulub.