Türkiyədə müəlicə alan Yalçın Rzazadənin səhhəti ilə bağlı SON MƏLUMAT

 17:46 05.11.2019     7688

Bir müddət öncə Türkiyədə əməliyyat olunan Xalq artisti Yalçın Rzazadədən yeni xəbər var.

Redaktor.az-a açıqlama verən müğənninin oğlu Mətin Rzazadə bildirib ki, atasının müalicəsi davam edir:

"Türkiyədə xəstəxanadadır, müalicəsi davam edir. Bakıya nə zaman dönəcəyini bilmirik. Buna həkimlər qərar verməlidir. Amma səhhəti yaxşılığa doğru gedir, sağalır”.

Qeyd edək ki, Yalçın Rzazadə bir müddət əvvəl mədəsində yaranan problemlərə görə xəstəxanaya yerləşdirilib. Daha sonra isə əməliyyat olunmaq üçün Türkiyəyə gedib.

Sənətçinin müalicəsini Heydər Əliyev Fondu üzərinə götürüb. Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın tapşırığına əsasən Yalçın Rzazadə tam müayinə və müalicə kursu keçəcək.

Oral Mədənçi / Redaktor.az