Xalq artistinin 39 min manatlıq SAATI - 7 minə aldığı don... / FOTOLAR

 10:43 06.11.2019     11481

Azərbaycan şou-biznesində bahalı, daş-qaşlı geyimləri, ziynət əşyaları ilə seçilən və gündəmə gələn çox sayda məşhur qadınlar var.

Redaktor.az oxuculara bir neçə məşhur xanımın bahalı geyimlərinin qiymətini təqdim edir:

Aparıcı Kəmalə Piriyevanın geyindiyi libasın və əl çantasının markası “Jliuglobal”dır. Libasın qiyməti 550 AZN, çanta isə 185 AZN-dir.

Türkiyədə yaşayan müğənni Günel Zeynalovanın yeni klipində geyindiyi donun qiyməti 380 AZN-dir.

Tanınmış stilist Şəfəq Novruzova isə "Dolce Gabbana"dan ayaqqabı geyinir. Bu ayaqqabının qiyməti 2216 AZN-dir

Xalq artisti Zülfiyyə Xanbabayevanın don markası "Marni", qiyməti isə 1615 AZN-dir.

Xalq artisti Tünzalə Ağayevanın geyindiyi bluz "Zara"dandır, qiyməti 69 AZN-dir.

Xalq artisti Aygün Kazımovanın geyindiyi libasın qiyməti 7650 AZN-dir.

Xalq artisti Röya Ayxanın saatı "Cartier"dir, qiyməti isə 62900 AZN-dir.

Tanınmış müğənni Günay İbrahimli "Bottega Vaneta"dan çanta istifadə edir. Bu çantanın qiyməti 2380 AZN-dir.

Türkiyədə yaşayan müğənni Safura Əlizadə "Versace"dən eynək taxır. Eynəyin qiyməti 501 AZN-dir.

Türkiyədə yaşayan daha bir məşhur xanım, aktrisa Nəsrin Cavadzadənin "Bianco e nero"dan geyindiyi libasın qiyməti 444 AZN-dir.

Tanınmış müğənni Nigar Camalın geyindiyi ayaqqabının markası "Dior"dur, qiyməti isə 1181 AZN-dir.

Oral Mədənçi / Redaktor.az