Bakıda məşhur filmin qala gecəsi olacaq - VİDEO

 11:17 07.11.2019     23742

Bakıda “Aporia” filminin təqdimat mərasimi keçiriləcək.

Redaktor.az az xəbər verir ki, ssenarisi və ekran işi tanınmış rejissor Rec Rəvana aid olan film ilk dəfə 12 iyulda Türkiyədə təqdim edilərək, böyük uğur qazanıb. Noyabrın 22-dən etibarən isə film Azərbaycanda və Amerikada göstəriləcək.

Cəsarətli səhnələri ilə diqqət çəkən film məşhur “Amazon” platformasında da nümayiş etdiriləcək. Film ilk dəfə həm Azərbaycan, türk və ingiliscə dillərinə yayımlanacaq.

Qeyd edək ki, filmi “Sultansoy”, “BDAmerika”, “Canmedia”, “DFGS” şirkətləri istehsal edib.

Oral Mədənçi / Redaktor.az