Nadir Qafarzadənin dostu BACISINI QAÇIRDIB - Eşitdim ki, mənim bacımı... / FOTO

 15:20 09.11.2019     722

"Zaur, icazə versən, orta məktəbdə mənə dərs deyən bir müəllimimi təbrik edim. Riyaziyyat müəllimim Qalib Məmmədovun sabah yubileyidir. İstədim hər şey üçün ona təşəkkür edim. Mənim orta məktəbdə əziyyətimi çox çəkib. Bizə bilik veribdir. Qalib müəllim, 60 yaşınız mübarək olsun"

Redaktor.az xəbər verir ki, bunu Nadir Qafarzadə dünən qonağı olduğu  "5/5"də deyib.

Nadirin təbrik etdiyi şəxs barədə növbəti etirafı hər kəsi təəccübləndirib:

"Həm də o Qalib müəllim ki, məktəbdə mənimlə dost idi, şagirdi idim onun. Sonra əsgərliyə getdim, eşitdim ki, mənim bacımı qaçırıb. Artıq 30 ildir evlidirlər. İki balaları var. Amma mən onu bağışladım. Həm bacımın yoldaşıdır, həm mənim müəllimimdir, həm də bacımın müəllimidir".