Məşhur modelin dəhşətli qətli: Oğlunun gözü qarşısında bıçaqlandı - FOTO

 18:28 09.11.2019     716

Rusiyalı model Yevgeniya Znamensçikova zorlanaraq amansızcasına öldürülüb.

Redaktor.az Bizimyol.info-ya istinadən xəbər verir ki, model bir yaşlı oğlunun gözü qarşısında cəzaçəkmə müəssisəsində tanış olduğu sevgilisi tərəfindən bıçaqlanıb, daha sonra zorlanıb.

30 yaşındakı model Andrey İvanovla o, cəzaçəkmə müəssisəsində olan zaman tanış olub. Bir müddətdən sonra cütlük sevgili olaraq birlikdə yaşamağa başlayıb.

Cütlük qısqanclıq səbəbindən ayrılıb. Yevgeniya evi tərk edərək başqa yerdə yaşamağa başlayıb. Modellə barışmaq istəyən Andrey tort alaraq sevgilisinin yanına gedib. Amma barışmaq əvəzinə o, bir yaşlı oğullarının gözü qarşısında sevgilisini qarnından bıçaqlayır. Sonra isə qanlar içindəki modeli zorlayıb. Kömək çağırmaması üçün də Yevgeniyanın telefonunu tualetə atıb.

Ona 15 il həbs cəzası verilib.

Andrey İvanov Yevgeniya Znamensçikovanı qətlə yetirən

Yevgeniya Znamensçikova