"İki ildir yaşamırmışam..." - Fədayənin oğlu / VİDEO

 13:24 10.11.2019     1742

Həbsdən yeni çıxan müğənni Fədayə Laçın oğlu Əlhəmlə “Ən yaxşısı” proqramında qonaq olub.

Redaktor.az
xəbər verir ki, proqram zamanı aparıcı Mətanət Əliverdiyeva ona “Anan həbsdə olanda nələr yaşadın” deyə, sual ünvanlayıb.

Əlhəm isə “Anam gələndən sonra ilk dəfə fərqinə vardım ki, iki ildir ki, yaşamırmışam. Başqa duyğudur. Elə bil yenidən dünyaya gəlib” sözləri ilə cavab verib.

Onun sözləri aparıcını ağladıb.(axşam)