"Məkkədə dua etdim ki, Allah, səsimi al"

 15:27 10.11.2019     4366

Müğənni Nazim Məmmədov "Zaurla Günaydın" verilişinin qonağı olub.

Redaktor.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi açıqlaması ilə hər kəsi təəccübləndirib. O bildirib ki, illər əvvəl səsi batıb:

"2008-ci ildə ilk dəfə Məkkəyə getdim. Orada dua etdim ki, Allah mənim səsimi al. Bilim ki, bu sahədə heç bir işə yaramıram, gedim daş daşıyım. Həqiqətən də 1 il sonra səsim batdı. Danışanda nəfəsim tükənirdi. Allergiyadan oldu".