Bıçaqlanan Xose Bernardonun VƏZİYYƏTİ - SON MƏLUMAT

 09:47 11.11.2019     1630

Bıçaq yarası ilə xəstəxanaya çatdırılan aparıcı Xose Bernardo ambulator müalicə üçün xəstəxanadan evə buraxılıb.

Redaktor.az bildirir ki, onun onun vəziyyəti qənaətbəxş olub.

Qeyd edək ki, X.Bernardo ilə birgə paytaxt sakini, 1988-ci il təvəllüdlü Rafael Hüseynov da bıçaq xəsarətləri alıb. R.Hüseynova çoxsaylı bıçaq xəsarətləri yetirilib və hazırda vəziyyəti ağır olduğundan 3 saylı Şəhər Klinik Xəstəxanasının Cərrahiyyə şöbəsində müalicəsini davam etdirir. Hər iki yaralının eyni hadisə zamanı bıçaqlandığı bildirilir.

***

01:14

Bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilən Xose Bernardonun vəziyyəti orta ağırdır.

Bu barədə xəstəxananın həkimləri bildirib.

Bildirilib ki, xəstəxanaya sağ saidin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə gətirilən Bernardo cərrahi əməliyyt olunub.

İnsident isə Pirallahıda yerləşən restoranların birində qeydə alınıb.

***

Saat 00:32

Bakının Pirallahı rayonunda bıçaqlanma hadisəsi baş verib.

adisə zamanı 1989-cu il təvəllüdlü Bernardo Xose Pabloviç tanıdığı şəxslər tərəfindən bıçaqlanıb.

Yaralı 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Xose Bernardo uzun müddət televiziya proqramlarında, şou-proqramlarında aparıcılıq edib. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələlik məlum deyil. /APA