Fədayə Laçın qonaqlıq verdi - VİDEO

 15:00 12.11.2019     1687

Bir müddət öncə həbsdən çıxan müğənni Fədayə Laçın bu münasibətlə qonaqlıq verib.

Redaktor.az xəbər verir ki, qonaqlıqda müğənninin yaxın dostları, ailə üzvüləri iştirak ediblər.

Fədayə Laçın sonda anası və oğlu ilə birlikdə tort kəsib.

Qeyd edək ki, müğənni 2017-ci ildə "Qoca" ləqəbli avtoritet Etibar Məmmədov və Əli Ağaminin qatardan qaçmasına köməklik göstərməkdə ittiham olunub. O, 2017-ci ilin oktyabrın 30-da həbs edilib. Fədayə Laçın Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 5 il azadlıqdan məhrum edilib. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 2 ilə endirib.

Oral Mədənçi / Redaktor.az