Tanınmış reper həbsxanada öldü

 02:13 13.11.2019     2773

Amerikalı reper Cammar Antonio Stamps həbsxanada vəfat edib.

Redaktor.az xəbər verir ki, sənətçinin ölümü haqda onun dostu, reper Snup Doq İnstaqram səhifəsində məlumat verib. İfaçı Cammarın fotosunu paylaşaraq, "Rahat uyu, gənc dostum" deyə, yazıb.

Qeyd edək, ki, mərhum 3 gün əvvəl məişət zorakılığı səbəbilə həbs edilmişdi. Onun hansı səbəbdən öldüyü hələlik məlum deyil. /unikal/