Elçin Əlibəyli bu sözləri deyib televiziyadan getdi - VİDEO

 16:21 16.11.2019     2186

Tanınmış aparıcı Elçin Əlibəyli televiziyadan gedib.

Redaktor.az azxeber.com-a istinadən xəbər verir ki, bu haqda aparıcı özü məlumat yayıb. Belə ki, Əlibəyli "Space" kanalında yayımlanan "El bizim, sirr bizim" proqramında açıqlama verib.

"Son sözümü söyləyirəm. Bu, mənlə sizin son görüşümüzdür. Sənətimə, peşəmə dəyər verdiyim üçün "sənətin, peşənin aşağılandığı yerdə olmaram" şüarını irəli sürürəm. Televiziya ilə vidalaşıram" sözlərini deyib.