Ən gənc milyarder qadın biznesini satdı - 600 milyon dollara
Dünyanın ən gənc qadın milyarderi Kayli Cenner öz biznesini satıb.
Redaktor.az Lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Bloomberg agentliyi məlumat yayıb.
Kim Kardaşyanın kiçik bacısı sahibəsi olduğu Kylie Cosmetics şirkətinin 51 faiz səhmlərini 600 milyon dollar qarşılığında Coty Inc kosmetika konserninə satıb.
Qeyd edək ki, Kylie Cosmetics şirkəti 2015-ci ildə yaradılıb.
Rüfət Xəlil / Redaktor.az