"Coker" filminin ikinci hissəsi çəkiləcək

 01:18 21.11.2019     1574

Son ilərin ən uğurlu filmərindən biri olan "Coker"in ikinci hissəsi çəkiləcək.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, filmin rejissoru Todd Filips  Warner Bros. Pictures Group şirkəti tərəfindən ikinci hissənin razılığının alındığını bildirib.

Məlumata görə, filmin büdcəsi 96,2 milyon dollar təşkil edəcək. Baş rolda isə birinci hissədə olduğu kimi yenə də məşhur aktyor Xoakin Feniks rola alacaq.

Rüfət Xəlil / Redaktor.az