Fədayə Laçının paylaşımı “İnstagram”ı bir-birinə vurdu - FOTOLAR

 15:49 23.11.2019     866

Həbsdən yenicə çıxan müğənni Fədayə Laçın sənət aləminə qayıdışı ilə bərabər, sosial şəbəkə istifadəçisi kimi də çox fəaldır.

Redaktor.az  Yenicag.az-a istinadən xəbər verir ki, tez-tez paylaşımlar edən müğənni bu dəfə "İnstagram"da yeni fotosunu paylaşaraq, izləyicilərinə sual ünvanlayıb: "Doğrudanmı dediyiniz qədər gözələm? Gözəllər içrə sən ey mahiparə bir dənəsən,
Gözəllərin gözüsən, zülfü qarə, bir dənəsən".

Fotoya xeyli şərhlər yazılıb.

Fədayənin əvvəlkindən indi daha gözəl olduğunu, uzun saçların və çəki almasının ona çox yaraşdığını yazıblar.

"Camaat gündə bir yerini düzəltdirib, gözəlləşdiyni hesab edir, Fədayə həbsdən təbii gözəlləşib çıxıb".

Ona söz atanlar da olub: "Adamın bəxti, ağlı gözəl olsun".