Xərçəngdən əziyyət çəkən aktrisanın ərindən gözlənilməz addım

 17:58 23.11.2019     664

Rusiyalı akrisa Anastasiya Zavorotnyukun əri aktrisanın ölümü barədə yayılan şayiələrdən sonra gözlənilməz addım atıb.

Redaktor.az ölkə.az-a istinadən bildirir ki, Pyotr Çernışev,"İnstagram" səhifəsində olan şəkillərini, o cümlədən xəstə arvadı ilə olan fotolarını da silib.

Həmçini o, bütün izləyicilərindən də  imtina edib.

İndi Pyotr Çernışevin səhifəsi tamamilə boşdur, idmançı bu hərəkətinə heç bir açıqlama verməyib.

Maraqlısı isə hər zaman həyat yoldaşı Zavorotnyuku dəstəkləyən, onun yanından ayrılmayan Çernışev, yenidən idmana qayıdıb. Son dəfə isə o, tədbirlərin birində sarışın xanımla görüntülənib.

Qeyd edək ki, bir neçə gün öncə xərçəng  xəstəsi olan Anastasiya Zavorotnyukun ölüm xəbəri yayılmışdı.