Aygün klipindəki eynəkləri bağışlayacaq - Şərtləri var / Video

 12:00 24.11.2019     1833

Xalq artisti Aygün Kazımova “Ehtiyacım var” klipindəki eynəklərini pərəstişkarlarına bağışlayacaq.

Redaktor.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə müğənni özü məlumat verib:

“Bir çoxları yazır ki, klipinizdəki eynəkləri mənə hədiyyə edin. Sizə mənim qarderobumdakı bütün eynəklər qurbandır. Yazdığınız şərhləri bir-bir oxuyuram. Bu səbəbdən müsabiqə etmək qərarına gəldim. Sizə 3 sualım var:  1) Klipdə neçə kadrda mən yoxam? 2) Klipin hansı yerləri Azərbaycanda çəkilib? 3) Mahnının hansı sözləri mənə daha çox təsir edir?

Bu suallara doğru və tez cavab verən 2 nəfər eynəkləri alacaq”.  

Qeyd edək ki, “Ehtiyacım var” sənətçinin Amerika səfəri zamanı çəkilib. Ekran işində Aygünün tərəf müqabili dizayner Rüfət İsmayıldır.