Meksikada məşhur aktyoru oğurladılar

 22:19 25.11.2019     625

Meksikada məşhur aktyor Alexandro Sandi naməlum şəxslər tərəfindən oğurlanıb.

Redaktor.az RİA-ya istinadən xəbər verir ki, insident Mexiko ştatında Nevada-de-Toluka vulkanı yaxınlığında baş verib.

Məlumata görə, naməlum silahlı şəxslər 37 yaşlı tanınmış aktyoru və onu müşayiət edən bir nəfər Fransalı turisti oğurlayıblar.

Silahlılar aktyorun yanında olan iki qadını isə qarət ediblər. Qarət edilən qadınlardan biri Meksikanın məşhur müğənnisi Anna Barbaranın doğma bacısıdır.

Yerli polis aktyorun axtarışına başlayıb.

Rüfət Xəlil /Redaktor.az