Daha bir azərbaycanlı məşhur Türkiyədə ev aldı

 14:07 26.11.2019     829

Daha bir azərbaycanlı müğənni Türkiyədən ev alıb.

Redaktor.az xəbər verir ki, söhbət Nazənindən gedir. “Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişinin aparıcısı, prodüser Tarix bildirib ki, ifaçı bu yaxınlarda İstanbula gedib və ailəsi ilə birlikdə öz evində dincəlib.

Nazənin isə artıq 3 ildir İstanbulda evi olduğunu deyib.

Qeyd edək ki, İstanbulda mənzillərin qiyməti 100-150 min manat civarındadır.

Oral Mədənçi / Redaktor.az