Aşıq Namiq Fərhadoğlu QƏZAYA DÜŞDÜ

 14:41 26.11.2019     1238

Tanınmış aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

Redaktor.az-ın məlumatına görə, hadisə paytaxtın Tbilisi prospektində qeydə alınıb. Aşıq Namiq Fərhadoğlunun idarə etdiyi “Kia” markalı avtomobil “Range Rover” markalı maşınla toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb. N.Fərhadoğlunun avtomobilinə ciddi ziyan dəyib.

Faktla bağlı Dövlət Yol Polisi tərəfindən araşdırma aparılır.//Apa.az