Bayram Nurlunun seçkilərdə namizədliyi qeydə alınıb? - Az öncə AÇIQLADI / RƏSMİ

 11:05 28.11.2019     2101

Sosial mediada "ekstrasens" Bayram Nurlunun bələdiyyə seçkilərinə qatıldığı, namizədliyinin Mərkəzi Seçki Komisiyyasının (MSK) 112 saylı Qax Seçki Dairəsində qeydə alındığı haqda xəbər yayılıb.

112 saylı Qax Seçki Dairəsindən sözügedən xəbərlə bağlı Redaktor.az-a açıqlama verilib:

“Bayram Nurlu bələdiyyə seçkilərində iştirak etmək üçün müraciət etməyib. Ortada heç bir sənəd yoxdur, onun namizədliyi necə qeydə alına bilər?!”.

Qeyd edək ki, bələdiyyə seçkiləri bu il dekabrın 23-də keçiriləcək.   

Oral Mədənçi / Redaktor.az