Məşhur qrup geri qayıdır

 21:19 28.11.2019     300

On il əvvəl dağılmış məşhur "The Pussycat Dolls" qrupu fəaliyyətini bərpa edib.

Redaktor.az Life.ru-ya istinadən xəbər verir ki, bu barədə qrupun keçmiş üzvü Nikol Şerzinger "İnstagram" hesabında yazıb.

"Mən çox şadam ki, biz geri qayıdırıq"-deyə Şerzinger bildirib.

Rüfət Xəlil / Redaktor.az