Tanınmış rejissorun başı dərddə - Həbs edilə bilər

 20:36 29.11.2019     1710

Tanınmış fransalı rejissor Lyuk Besson şərti həbs cəzası ala bilər.

Le Figaro nəşrinin məlumatına görə, Besson öz köməkçisini işdən azad etdiyi üçün istintaqa cəlb ediləcək.

“5-ci element”in yaradıcısı Sofi F. adlı assistentinə qarşı “diskriminasiyalı qovulma” maddəsi ilə ittiham edilir.

Sofinin xəstəxanada olan zaman işini itirməsi Lyuk Bessonun əleyhinə olan əsas amildir.

2020-ci ilin 8 yanvarında Paris məhkəməsi öz qərarını açıqlayacaq.

Rüfət Xəlil / Redaktor.az