“Həkimlər deyir ki…” – Vəziyyəti ağır olan Rafael Dadaşovun SON DURUMU

 19:27 03.12.2019     1338

Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilən xalq artisti Rafael Dadaşovun səhhəti ağır olaraq qalır.

Redaktor.az xəbər verir ki, yaxınları yenicag.az-a açıqlamasında aktyorun hələ də reanimasiya şöbəsində olduğunu bildirib:

“Hələ ki, səhhətində irəliləyiş yoxdur, amma vəziyyəti stabildir. Həkimlər dəqiq diaqnoz söyləməyib, amma ağciyərində problemlər olduğunu deyirlər. Yanında da olmuşuq, huşu üstündədir, danışır, həkimlər sağalması üçün əlindən gələni edir. Dua edək ki, yaxşılaşsın”.