Elnarə Abdullayevanın 6 MƏRTƏBƏLİ VİLLASI - Neçə milyon qiyməti var ? / VİDEO

 11:27 10.12.2019     8563

Əməkdar artist Elnarə Abdullayeva yenidən medianın gündəmindədir.

Redaktor.az xəbər verir ki, əməkdar artistin milyonluq villa tikdirdiyi deyilir. Sözügedən villa 6 mərtəbəlidir. Bu barədə aparıcı Zaur Kamal "5/5" verilişində deyib:

"Deyir, elə bir ev tikdirirəm ki, bu başdan o başa bir-birimizi eşitməyəcəyik. Evdə üç-dörd qulluqçu işləyəcək. Şou-biznesdə heç kimin belə evi yoxdur. Nə vaxt bitəcək" - deyə aparıcı söyləyib.

Elnarə Abdullayeva isə məsələ ilə bağlı bunları deyib:

"Bir az pul yığıb pəncərə, bir az pul yığıb darvaza alırıq. Evim hazırda nə gündədir, təmir gedir. Bitəndən sonra göstərəcəm. Xalqım pul verib, toya aparacaq, mən də tikdirib, bitirəcəm".

Oral Mədənçi / Redaktor.az