Məleykə Əsədova ilə Rövşanə arasında QALMAQAL - "Əlimizdə səs yazıları var" / VİDEO

 13:07 12.12.2019     3466

Teatrların fəaliyyətindən danışan Xalq artisti Məleykə Əsədova ilə teleaparıcı Rövşanə Ağasəfqızının fikirləri üst-üstə düşməyib və gərgin anlar yaşanıb.

Redaktor.az xəbər verir ki, aparıcı Məleykə Əsədovaya etiraz edərək, vaxtilə onu efirə dəvət edərkən gəlməməsinin səs yazıları, eləcə də digər teatr xadimlərinin verilişə gəlməkdən imtina etmələri ilə bağlı yazışmaları olduğunu bildirib:

“Azərbaycan teatrı yalnız sizdən ibarət deyil. Digər teatrlar da var. Teatr deyən kimi başlayırsınız tərifləməyə, "bizdən yoxdu, bizə baxırlar". Teatr məsələsi ilə bağlı onu söyləyim ki, bir-iki həftə bundan öncə teatr mövzusu qoymuşdum, lakin efirə heç kim gəlmək istəmədi. Mən sözümü deyən jurnalistəm, mənim qarşımda dayana bilməzlər".