Tanınmış aktirisa 78 yaşında VƏFAT ETDİ - FOTO

 13:34 14.12.2019     1182

Teatr, kino və televiziya aktrisası Hale Akınlı 78 yaşında vəfat etdi.

Redaktor.az xəbər verir ki, 1941-ci ildə Balıkesirdə dünyaya gələn sənətçi 35 ildən artıq  Bələdiyyə Teatrında çalışıb.  Hale Akınlı teatrdan başqa, TRT və özəl televiziya kanalları da daxil olmaqla bir çox müəssisə və təşkilatlarda da fəaliyət göstərmişdir.

Sənətçi  "On Kadında" və  "Uçurumu vur" kimi bir çox filmlərdə çəkilmişdir.

Sənətkar ömrü boyu  səhnədə olub. 2018-ci ildə bütün mövsüm boyu Mamartın səhnələşdirdiyi "Empati" filmində çıxış edib.  O, təkcə teatrda deyil, həm də kino və televiziya dünyasına verdiyi töhfələri ilə yaddaşlarda əbədi qalacaq.

Gülnar Süleymanova / Redaktor.az

2